Trendyol və Azərlotereya əməkdaşlığa başladı – "1001 Sevinc" artıq ‘"Trendyol""da
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı Azerlotereya ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Trendyol, "Azerlotereya"nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.
Müştərilər artıq "Trendyol" platforması vasitəsilə də "1001 Sevinc" əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.
"1001 Sevinc" əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə "Azərlotereya"nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir.
Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.
Lotereya biletini onlayn şəkildə əldə etmək üçün Trendyol müştəriləri əsas səhifədə yerləşdirilən "1001 Sevinc" bannerinə klikləməli və ya "Sifarişlərim" bölməsindən "1001 Sevinc" kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz Trendyol hesablarında görə biləcəklər.
Hazırda "Trendyol"un Azərbaycanda 2,5 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
2001-ci ildən fəaliyyət göstərən "Azərlotereya"nın müxtəlif çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq şansı var.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyasının ilk qalibləri bəlli oldu
Trendyol "INmerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB













