Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq
Far.Az xəbər saytı

Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq


Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, bununla bağlı kompleksin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Layihənin hazırlanması üçün ehtimal olunan qiymət 1 milyon 71 min manat müəyyənləşdirilib.

Hazırlanacaq sənədlər çərçivəsində yataqxana kompleksinin yerləşəcəyi ərazidə topoqrafik planlama və mühəndis-geoloji axtarış işlərinin aparılması nəzərdə tutulur. Bundan başqa, kompleksin baş planı hazırlanacaq, şəhərsalma əsaslandırılması aparılacaq, memarlıq-planlaşdırma və konstruksiya bölmələri işlənəcək.

Layihədə tələbələrin istifadəsi üçün yaradılacaq yataqxananın rabitə və internet şəbəkələrinin də nəzərdə tutulması planlaşdırılır.

Yeni yataqxana kompleksinin istifadəyə verilməsi tələbələrin yaşayış imkanlarının genişləndirilməsinə, xüsusilə digər şəhər və rayonlardan Naxçıvan Dövlət Universitetində təhsil almağa gələn gənclərin mənzil probleminin həllinə və onların daha rahat təhsil şəraitinin formalaşdırılmasına kömək edəcək.

Qyed edək ki, yataqxananın tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Məşhur universitetdə 1000 yerlik yataqxana tikiləcək
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər