"Neftçi" İK-nın baş məşqçisi: "Araz-Naxçıvan"la oyunda bəxtimiz gətirmədi"
Futzal üzrə Azərbaycan Yüksək Liqasının X turunda "Neftçi" İK "Araz-Naxçıvan"a bəxt amilinə görə uduzub.
Far.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin baş məşqçisi Fuad Rzayev deyib.
O, ötən gün baş tutan turun mərkəzi oyunu barədə danışıb, məğlubiyyətin səbəblərini açıqlayıb.
"Oyunda üstünlük bizim tərəfimizdə idi. Baxmayaraq ki, bunu hesaba yansıda bilmədik. Əslində yaxşı çıxış etdik, sadəcə, idman xoşbəxtliyi yanımızda olmadı. Əlimizə düşən qol fürsətlərindən yararlana bilmədik. Bundan başqa, matç boyunca iki dəfə 10 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədik. Təəssüf ki, bəxtimiz gətirmədi. "Neftçi" İK rəhbərliyi də qarşılaşmanı izləyirdi. Rəhbərlik paltardəyişmə otağında komandanın üstün oynadığını təsdiqlədi. Qarşıda bizi çətin qarşılaşmalar gözləyir. Həmin matçlara köklənməyə çalışırıq. Düşünürəm ki, mövsümün sonunda sevinən tərəf biz olacağıq".
Qeyd edək ki, sözügedən matçda ölkə çempionu "Araz-Naxçıvan" lider "Neftçi" İK komandasına 5:4 hesabı ilə qalib gəlib. X turdan sonra "Neftçi" İK 25 xalla birinci, rəqibindən bir oyun az keçirən "Araz-Naxçıvan" 22 xalla ikincidir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













