FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib
Far.Az xəbər saytı

FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının internet informasiya resursu (www.fhna.edu.az) istifadəyə verilib.

"Report" FHN-ə istinadən xəbər verir ki, müasir dizayn və yüksək texniki imkanları özündə birləşdirən internet informasiya resursunun proqram təminatı müvafiq dövlət qurumlarının müəyyən etdiyi meyarlara uyğun hazırlanıb. Bu, istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və saytın etibarlılığını artırmaq məqsədini daşıyır.

İstifadəçi rahatlığını nəzərə alaraq müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanmış internet informasiya resursu quruluş və məzmun baxımından da istifadəçilər üçün rahatlığı ilə fərqlənir. İnternet informasiya resursunda Akademiyanın fəaliyyəti, mövcud fakültələr, kafedralar, kitabxana, elanlar, qəbul və digər sahələr haqqında ətraflı və asan əldə edilə bilən məlumatlar təqdim olunur. Bu məlumatların əhatəliliyi və əlçatanlığı istifadəçilərə Akademiyanın fəaliyyətinin müxtəlif aspektlərini daha yaxşı başa düşməyə kömək edir.

İnternet informasiya resursunun bir neçə dildə daim yenilənməsi nəzərdə tutulub ki, bu da xarici istifadəçilərin məlumatları asanlıqla əldə etmələrini təmin edir. İnternet informasiya resursunda “Heydər Əliyev Mərkəzi”, “Akademiya həyatı”, elmi-tədqiqat, fotoqalereya bölmələri də mövcuddur. Bu bölmələr Akademiyanın fəaliyyətini vizual olaraq təqdim edir və ictimaiyyəti Akademiyanın yenilikləri ilə tanış edir. İnternet informasiya resursunda Akademiyanın elmi jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib.

Yeni tədris ilində istifadəyə verilən internet informasiya resursu ümumilikdə Akademiyanın fəaliyyətini daha şəffaf və əlçatan edəcək, həmçinin vətəndaşların Akademiya ilə əlaqəsini daha da asanlaşdıracaq.

Oxşar xəbərlər

“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər