Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
Far.Az xəbər saytı

Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır


Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən ölkənin energetika naziri Erlan Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, təsdiq edilmiş plandan kənara çıxma halı yoxdur və bu göstərici tam olaraq yerinə yetiriləcək.

O qeyd edib ki, 2026-cı il üçün planlara da 1,5 milyon ton neft həcmi daxil edilib. Eyni zamanda qurumun rəhbəri bu göstəricinin artıqlaması ilə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

E.Akkenjenov, həmçinin qeyd edib ki, perspektivdə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) arasında razılaşmalar bu istiqamətdə ildə 2,2 milyon tona qədər neft tədarükünü nəzərdə tutur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər