Kilauea püskürdü - Lava sütununun hündürlüyü 425 metrə çatdı
Far.Az xəbər saytı

Kilauea püskürdü - Lava sütununun hündürlüyü 425 metrə çatdı


ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea yenidən püskürüb.

Far.Az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, vulkan bu il 39-cu dəfə aktivləşərək Halemaumau kraterindən lava püskürüb. Qeyd olunub ki, püskürmə zamanı lavanın hündürlüyü 425 metrə çatıb.

Püskürmə Havay Vulkanları Milli Parkının ziyarətçilər üçün qapalı olan ərazisində baş verib. USGS bildirib ki, əvvəlki aktivliklər zamanı Kilaueadan ümumilikdə təxminən 13 milyon kubmetr lava çıxıb və lava axını saniyədə orta hesabla 500 kubmetr təşkil edib.

Alimlər vulkanın fəallığını daimi nəzarətdə saxlayır və vəziyyətin diqqətlə izlənildiyini bildirirlər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq
Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb - Nazirlik helikopteri havaya qaldırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər