Tehranda Yeni il ab-havası: İşıqlar, musiqi və Santa-Klaus
İlin son və qışın ilk günləri ilə birlikdə Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində Yeni il ab-havası hiss olunmağa başlayıb.
Paytaxtın müxtəlif küçə və ticarət mərkəzlərində mağaza vitrinləri Milad rəmzləri ilə bəzədilib, "Şaxta baba" fiqurları, işıqlı bəzəklər və küknar ağacları satışa çıxarılıb.
Far.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bəzi ərazilərdə küçə işıqlandırmaları, canlı musiqi və hərəkətlilik şəhər mühitinə bayram ovqatı qatır. Bu mənzərə Miladın yalnız dini bayram kimi deyil, eyni zamanda mədəni bir hadisə kimi İran cəmiyyətində getdikcə möhkəmləməyə başladığını göstərir.
Müşahidələrə görə, dini və mədəni fərqlərdən asılı olmayaraq, Milad simvolları və Yeni il ab-havası Tehran sakinlərinin gündəlik həyatında özünə daha geniş yer tapır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













