Dövlət Su Ehtiyatları Agentliyi "Formula 1"lə bağlı gücləndirilmiş iş rejimində çalışır
Bakıda keçirilən 8-ci "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun "Report"a verdiyi açıqlamaya görə, komissiya yarışlar ərəfəsində xüsusən 13-15 sentyabr tarixlərində mükəmməl fəaliyyətin təşkili məqsədilə Xidmətin cavabdeh sahələrini müxtəlif təlim-məşq toplantılarına cəlb edib:
“Təcrübi təlimlər yarışların gerçəkləşəcəyi ərazilərə cavabdeh olan paytaxt rayonlarının sukanal sahələrində, Nəqliyyat və Xüsusi Texnika İdarəsində, müvafiq qrupların idarə olunmasına məsul şəxslər arasında keçirilib”.
Xidmətin rəhbər heyətinin iştirakı ilə keçirilən təlimlərdə verilən tapşırıqlar, icra olunan fəaliyyət hazırda daha yüksək səviyyədə tətbiq edilir.
Trassa boyu ərazilərdə fasiləsiz iş rejimi ilə çalışan Səbail, Nəsimi, Yasamal, o cümlədən Bakı sukanal idarələrinin təmsilçiləri öhdələrinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirirlər. Təlim-məşq tədbirləri yarışların keçirildiyi ərazilərdə qüsursuz xidmətə təkan olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları “Formula 1” yarışlarında 130 işçi heyəti ilə təmsil olunur. Onlar 16 dislokasiya nöqtələrində vəzifələrini icra edirlər.
Xətlərin, şəbəkələrin tənzimlənməsi, təzyiqlərin nəzarətdə saxlanılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur.
Oxşar xəbərlər
ADSEA: Xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə "Formula 1"ə hazırdır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













