Gələn ilin ilk gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Far.Az"a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günləri HAVA NECƏ OLACAQ?
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













