Nikolas Maduro ABŞ-yə gətirildi
Far.Az xəbər saytı

Nikolas Maduro ABŞ-yə gətirildi


Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorka gətirildiyi təsdiqlənib.

Far.Az xəbər verir ki, Ağ Evin mətbuat xidməti Maduronun ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-Yorkdakı ofisində lentə alınmış görüntülərini ictimaiyyətə təqdim edib.

Paylaşılan görüntülərdə Venesuela liderinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə dəhliz boyunca hərəkət etdiyi, əllərinin qandallı olduğu aydın görünür.

Bu kadrlar Maduronun ABŞ-yə, konkret olaraq Nyu-Yorka gətirilməsini rəsmi şəkildə təsdiqləyən ilk sübut kimi qiymətləndirilir.

"NBC News"un məlumatına görə, Nikolas Maduronun yanvarın 5-də Manhetten Federal Məhkəməsində narkotik dövriyyəsi və silah qaçaqmalçılığı ilə bağlı irəli sürülən ittihamlar üzrə hakim qarşısına çıxacağı gözlənilir.

Oxşar xəbərlər

Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU
Maduro Nyu-Yorka gətirilib
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər