İsveçrədə milli matəm elan edilib
İsveçrə hakimiyyəti Kran-Montana dağ-xizək kurortunda yerləşən barda baş vermiş və 40 nəfərin ölümü ilə nəticələnən faciəvi yanğından sonra 9 yanvarı milli matəm günü elan etməyə hazırlaşır.
Far.Az-in məlumatına görə, İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelin bu barədə "Tages-Anzeiger" nəşrinə verdiyi müsahibədə açıqlama verib. Onun sözlərinə görə, həmin tarixdə federal hakimiyyət ölkə kilsələri ilə birgə ümummilli matəm tədbirləri keçirməyi planlaşdırır.
Prezidentin bildirdiyinə görə, 9 yanvar günü Kran-Montanada təşkil olunacaq xatirə mərasimində şəxsən iştirak edəcək. Milli həmrəyliyin ifadəsi olaraq saat 14:00-da matəm tədbirinin başlanğıcı ilə eyni vaxtda İsveçrə üzrə bütün kilsələrdə zənglər səsləndiriləcək. Eyni zamanda ölkə miqyasında bir dəqiqəlik sükut elan olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













