Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib
Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblər istifadəyə verilib.
"Report" xəbər verir ki, bunların sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var.
Məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.
Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Üç mərtəbəli məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?













