Maduronun oğlu atasına göz yaşları içində müraciət edib
Far.Az xəbər saytı

Maduronun oğlu atasına göz yaşları içində müraciət edib


Venesuela prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ABŞ tərəfindən atasının ələ keçirilməsindən sonra ona açıq şəkildə müraciət edib.

Far.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

O, atasının ələ keçirilməsinə ilk dəfə Venesuelanın paytaxtı Karakasda, Milli Assambleyada keçirilən iclasda münasibət bildirib. Həmin iclasda parlament üzvləri 2031-ci ilə qədər yeni müddət üçün and içiblər.

"Ata, sən ailəmizdə hamımızı güclü insanlara çevirdin. Sən qayıdana qədər biz öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Çox tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq", - deyə o, əlavə edib.

Maduronun oğlu həmçinin vurğulayıb ki, dövlət başçılarının oğurlanması ilə barışmaq heç bir ölkənin təhlükəsiz olmadığı anlamına gəlir. "Bu gün Venesueladır. Sabah itaət etməkdən imtina edən istənilən ölkə ola bilər", - deyə Nikolas Maduro Guerra vurğulayıb.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər