Venesuela birjası YÜKSƏLDİ
Venesuela fond birjası ölkə prezidenti Nikolas Maduranın ABŞ qüvvələri tərəfindən tutulması xəbərindən sonra kəskin artım göstərib.
Far.Az xəbər verir ki, Karakas birjasının əsas göstəricisi olan IBC indeksi tək gündə təxminən 50% yüksəlib. İl başından bəri davam edən yüksəlişlə birlikdə Madura sonrası artım ümumilikdə 75%-əçatıb.
Ekspertlər bildirir ki, investorlar siyasi risklərin azalacağı və iqtisadi normallaşma gözləntiləri ilə xüsusilə enerji sektoru aktivlərinə yönəliblər. Bu, həm səhm bazarında, həm də ölkə istiqrazlarına marağı artırıb.
Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, Venesuela iqtisadiyyatının və neft istehsalının qısa müddətdə tam bərpa olunması çətin olacaq. Ölkə böyük neft ehtiyatlarına malik olsa da, infrastruktur problemləri və uzun illər ərzində yatırımların azalması istehsalda ciddi geriləməyə səbəb olub. 2013-cü ildən bəri gündəlik istehsal təxminən 2,5 milyon bareldən 1 milyon barel səviyyəsinə düşüb.
Analitiklər vurğulayır ki, ölkədə davamlı iqtisadi sabitlik üçün uzunmüddətli və iri həcmli investisiyalar lazımdır. Buna baxmayaraq, bazarda yaranan optimizm və beynəlxalq sərmayə gözləntiləri Venesuela birjasının son günlərdə sürətli artımına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













