Albaniya klubuna keçən azərbaycanlı futbolçu: "Özümü Avropada sınamağa üstünlük verdim"
Ötən gün Albaniyanın II Liqa təmsilçisi "Beselidya"ya klubuna transferi açıqlanan azərbaycanlı futbolçu Bayraməli Qurbanov özünü Avropada sınamağa üstünlük verib.
Oyunçu bu barədə "Far.Az"a açıqlamasında bildirib.
O, Azərbaycanda daha güclü komandalarda oynaya biləcəyinə inanmayıb:
"Statistikamı nəzərə alsaq, Azərbaycanda daha güclü komandalarda oynaya biləcəyim inandırıcı gəlmirdi. "Araz-Naxçıvan"da yetərincə şans qazana bilmədim. Müqavilə müddəti bitəndən sonra "Difai"yə keçdim. Bu klub ikinci dəfə qapılarını üzümə açdı. Formaya düşəndən sonra karyeramı Avropada, aşağı liqalarda davam etdirmək qərarına gəldim. Keçid türkiyəli menecerim sayəsində baş tutdu. Yaxşı statistikası olmayan futbolçunun ölkə xaricində oynaması asan deyil. Azərbaycan klublarından da təkliflər vardı. Amma özümü Avropada sınamağa üstünlük verdim".
23 yaşlı hücumçu yeni klubundakı şərait barədə də məlumat verib:
"Beselidya"da şərait gözlədiyimdən də yaxşıdır. İki təbii ot örtüklü meydanı var. Komanda yüksək pillələr uğrunda mübarizə aparır. Hədəf əsas liqaya yüksəlməkdir. Klubla müqaviləmin müddəti 2028-ci ilə qədərdir".
B.Qurbanov Albaniyaya getməzdən öncə əsas liqa təmsilçisi "Eqnatiya"da çıxış edən Zamiq Əliyevdən məsləhət aldığını da söyləyib:
"Yaxın dostum Zamiq Əliyev Albaniyanın əsas liqasında "Eqnatiya"nın şərəfini qoruyur. Getməmişdən əvvəl onunla ölkə və liqalar barədə söhbətləşmişdim. Mənə xeyli dəstək göstərdi".
Qeyd edək ki, Bayraməli Qurbanov Albaniya klubuna Azərbaycanın I Liqa təmsilçisi "Difai"dən transfer olunub. "Beselidya" 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanlı futbolçu karyerasını Albaniyada davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













