Süni intellektlə bağlı xəbərdarlıq: "Vaxtımız qalmayıb"
Far.Az xəbər saytı

Süni intellektlə bağlı xəbərdarlıq: "Vaxtımız qalmayıb"


Məşhur süni intellekt təhlükəsizliyi üzrə ekspert David Dalrimple süni intellektin sürətli inkişafı ilə bağlı ciddi xəbərdarlıq edib. Guardian nəşrinə müsahibəsində o bildirib ki, bəşəriyyət mövcud risklərə hazırlaşmaq üçün kifayət qədər vaxta malik olmaya bilər.

Far.Az xəbər verir ki, Böyük Britaniyanın İrəli Araşdırma və Elmi Kəşflər Agentliyinin (ARIA) rəhbərlərindən olan Dalrimple vurğulayıb ki, yaxın illərdə süni intellekt sistemləri insanların yerinə bir çox işi daha keyfiyyətli və daha ucuz şəkildə yerinə yetirə biləcək. Onun sözlərinə görə, bu proses artıq elmi-fantastika deyil, real təhlükədir.

Ekspert dövlətlə süni intellekt şirkətləri arasında risklərin dərk edilməsi baxımından ciddi fərqin olduğunu bildirib və təhlükəsizlik tədbirlərinin texnoloji inkişaf tempinə çatmadığını qeyd edib. O əlavə edib ki, bu texnologiyaların tam etibarlı olduğunu qəbul etmək olmaz və ən real yol onların mümkün zərərlərini nəzarətdə saxlamaqdır.

Qeyd edək ki, daha əvvəl Microsoft AI-nin baş direktoru Mustafa Süleyman da lazımi tənzimləmələr aparılmasa, süni intellektin yaxın illərdə nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər