İngiltərədə bu məhsulların reklamına qadağa qoyuldu
İngiltərə hökuməti piylənmə ilə mübarizə məqsədilə sağlam olmayan qida və içkilərin reklamına yeni məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, bu məhsulların televiziya reklamları yerli vaxtla 05:30–21:00 aralığında qadağan olunub, onlayn platformalarda isə günün bütün saatlarında bloklanacaq.
Far.Az xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyinin açıqlamasına görə, qadağa uşaq piylənməsində əsas paya malik 13 məhsul kateqoriyasını əhatə edir. Bunlara qazlı içkilər, şokolad və şirniyyatlar, pizza, tort və dondurmalarla yanaşı, bəzi səhər yeməyi məhsulları, sendviçlər, şəkərli çörək məmulatları və ətirli yoqurtlar daxildir.
Hansı məhsulların reklamına icazə verilib-verilməyəcəyi yağ, duz və şəkər tərkibini əsas götürən xüsusi bal sistemi ilə müəyyən ediləcək. Normadan yüksək göstəriciləri olan məhsulların reklamı qadağan ediləcək. Nəzarəti Reklam Standartları Qurumu (ASA) həyata keçirəcək.
Hökumət hesab edir ki, bu addım hər il uşaqların qida rasionundan təxminən 7,2 milyard kalorinin çıxarılmasına, 20 minə yaxın uşaqda piylənmənin qarşısının alınmasına və uzunmüddətli perspektivdə səhiyyə sisteminə 2 milyard funt sterlinqə yaxın qənaətə imkan verəcək.
Rəsmi məlumatlara görə, İngiltərədə məktəbə yeni başlayan uşaqların 22,1 faizi artıq çəkili və ya obezdir, ibtidai məktəbin sonunda bu göstərici 35,8 faizə yüksəlir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Çörək məhsullarının hazırlandığı un məmulatları sexindən FOTOREPORTAJ
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













