Ərdoğan Maduro ilə bağlı yayılan məlumatı təkzib etdi
Far.Az xəbər saytı

Ərdoğan Maduro ilə bağlı yayılan məlumatı təkzib etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu Türkiyəyə getməyə dəvət etməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

"Bizə belə bir məlumat daxil olmayıb, belə bir hal baş verməyib", – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, daha əvvəl "The New York Times" qəzeti ABŞ hakimiyyətinin 23 dekabr tarixində Nikolas Maduroya Türkiyəyə getməyi təklif etdiyini yazmışdı. Nəşrin iddiasına görə, Venesuela lideri bu təklifi qəzəblə rədd edib.

Qeyd edək ki, 5 yanvar 2026-cı ildə ABŞ-də Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkokartel yaratmaqla bağlı cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Bununla belə, işin mahiyyəti üzrə baxılmasının 2027-ci ildən tez olmayacağı bildirilir.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər