İranda etiraz hərəkatının əsas iştirakçıları həbs ediliblər
İranda baş verən etiraz aksiyalarının əsas təşkilatçılarından bir neçəsi saxlanılıb.
Far.Az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Polisinin rəhbəri Əhməd Rza Radan açıqlama verib. Onun sözlərinə görə, yanvarın 10-u axşam saatlarında iğtişaşlarda fəal iştirak edən şəxslərin tutulması istiqamətində əməliyyatlar aparılıb.
Polis rəisi bildirib ki, saxlanılan şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq bütün hüquqi prosedurlardan keçiriləcək və məsuliyyətə cəlb olunacaqlar.
Rəsmi açıqlamada həbs olunanların dəqiq sayı və kimlikləri barədə məlumat verilməyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin dekabr ayının sonlarından milli valyutanın ciddi şəkildə dəyər itirməsi və istehlak qiymətlərinin kəskin yüksəlməsi fonunda başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













