Azərbaycan banklarında "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlərlə bağlı tələb ediləcək sənədlər müəyyənləşib
Far.Az xəbər saytı

Azərbaycan banklarında "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlərlə bağlı tələb ediləcək sənədlər müəyyənləşib


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov yeni qərar imzalayıb.

Qərara əsasən, "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı ondan fəaliyyətin, layihənin və məhsulun "yaşıl" və dayanıqlılığını təsdiq edən aşağıdakı sənədlərdən bir və ya bir neçəsi tələb ediləcək:

- özünüqiymətləndirmə sənədi;

- fəaliyyətə, layihəyə və ya məhsula dair ixtisaslaşmış şəxslərdən əldə edilmiş təsdiqedici rəy;

- beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd.

Bundan başqa, bank "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kredit risklərinin azı illik əsasda monitorinqini aparmalı və bankın strateji planına uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməlidir.

Bank "dayanıqlılıqla əlaqəli" kredit risklərinin monitorinqi zamanı borcalandan onun əsas fəaliyyət göstəriciləri və əsas dayanıqlılıq hədəflərinə dair məlumatları tələb etməlidir.

Həmçinin "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda digər kateqoriyaya keçirilməsi üçün mexanizmlər müəyyən edilməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər