Hesablama Palatası 2026-cı ildə neft və qaz tranzitindən gəlirlərin azalmasının səbəblərini açıqlayıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə tranzitindən əldə edilən gəlirlərin 2,2 min ABŞ dolları (3,7 min manat) səviyyəsində olacağı proqnozlaşdırılır.
"Far.Az" xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsinə dair rəyində qeyd olunub.
Rəyə əsasən, bu göstərici manat ifadəsində 2024-cü ilin faktiki icra səviyyəsindən 0,5 milyon manat az, 2025-ci il üçün təsdiqlənmiş proqnozdan 25,4 milyon manat aşağı, 2025-ci il üzrə gözlənilən daxilolmalarla isə təxminən eyni səviyyədədir.
Bildirilib ki, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə 2025-ci il üçün 25,4 milyon manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə faktiki olaraq cəmi 0,004 milyon manat vəsait qeydə alınıb. Qeyd olunub ki, Hesablama Palatasının əvvəlki illər üzrə rəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icra göstəricilərinə əsaslanmasının vacibliyi vurğulanıb.
Rəyə əsasən, 2025-ci ildə Rusiya-Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu ilə xam neftin nəqlinin dayandırılması səbəbindən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2026-cı ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırıb. Bu şəraitdə müvafiq gəlir istiqamətinin ARDNF-nin ötən il avqustun 31-nə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













