Tramp konvoyunda "şübhəli əşya" tapılıb
Far.Az xəbər saytı

Tramp konvoyunda "şübhəli əşya" tapılıb


ABŞ Prezidenti Donald Trampın konvoyu Florida ştatında Palm Beach Beynəlxalq Hava Limanına gedərkən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Səbəb konvoyun hərəkət etdiyi yolda "şübhəli əşya"nın aşkarlanması olub.

BAKU.WS xəbər verir ki, Ağ Saray sözçüsü Karolin Leavitt bildirib ki, Tramp hava limanına çatmazdan əvvəl aparılan təhlükəsizlik yoxlamaları zamanı şübhəli əşya aşkarlanıb. Əşyanın nə olduğu açıqlanmayıb, amma daha ətraflı yoxlama aparılması üçün konvoyun marşrutu dəyişdirilib.

ABŞ Gizli Xidmətinin sözçüsü Antoni Guglielmi də bildirib ki, ikinci marşrut yalnız tədbir məqsədilə seçilib və bu, standart protokol çərçivəsində həyata keçirilib.

Məlumata görə, Tramp Mar-a-Lago malikanəsindən yerli vaxtla saat 18:20-də çıxıb və normalda 10 dəqiqəlik səfər üçün şəhər daxilində dolanbaclı bir marşrut seçilib. Yol boyunca motosikletli polis patrulları konvoy üçün təhlükəsizlik xətti yaradıb və bu zaman Trumpın avtomobilləri müəyyən çarpışma riski ilə üzləşib.

Həmçinin, Air Force One təyyarəsinin hava limanında adi olmayan bir nöqtəyə park edildiyi və xarici işıqlarının söndürüldüyü bildirilib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər