Venesuealanın yeni lideri Maçado olacaq? - Ağ Evdən ilk CAVAB
Far.Az xəbər saytı

Venesuealanın yeni lideri Maçado olacaq? - Ağ Evdən ilk CAVAB


ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalifət lideri Mariya Korina Maçado ilə Vaşinqtonda, Ağ Evdə baş tutan görüşünü yüksək qiymətləndirib və bu görüş çərçivəsində ona təqdim edilən Nobel Sülh Mükafatını qarşılıqlı hörmətin simvolu kimi dəyərləndirib.

Far.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O, Maçadonu "çox çətinliklərdən keçmiş, cəsarətli və gözəl bir qadın" adlandıraraq, onunla görüşməyi böyük şərəf hesab etdiyini bildirib. Prezident qeyd edib ki, Nobel Sülh Mükafatının ona təqdim edilməsi gördüyü işlərə verilən yüksək dəyərin göstəricisidir.

Venesuealanın yeni lideri Maçado olacaq? - Ağ Evdən ilk CAVAB

"Bu, qarşılıqlı hörmətin nə qədər gözəl bir ifadəsidir. Təşəkkür edirəm, Mariya", - deyə Tramp paylaşımında vurğulayıb.

Xatırladaq ki, Tramp və Maçado arasında baş tutan görüş təxminən bir saat davam edib və nahar süfrəsi arxasında keçirilib. Görüşdən sonra Maçado danışıqları "çox uğurlu" adlandırsa da, əvvəlcə Nobel Sülh Mükafatının təqdim edilib-edilmədiyini açıqlamaqdan çəkinmişdi. Daha sonra "Fox News" Trampın mükafatı qəbul etdiyini bildirib.

Venesuealanın yeni lideri Maçado olacaq? - Ağ Evdən ilk CAVAB

Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə brifinq zamanı Trampın bu görüşü səbirsizliklə gözlədiyini və Maçadonun bir çox venesuelalı üçün "cəsarətli bir səs" olduğunu qeyd edib. Bununla yanaşı, Levitt Trampın Maçadonun Venesuelaya rəhbərlik etməsi üçün hazırda kifayət qədər dəstəyə malik olmadığı fikrində dəyişiklik olmadığını da bildirib. ABŞ Prezidenti Venesuelada azad və ədalətli seçkilərin keçiriləcəyinə ümid etdiyini desə də, konkret tarix açıqlamayıb.

Venesuealanın yeni lideri Maçado olacaq? - Ağ Evdən ilk CAVAB

Qeyd edək ki, Nobel Komitəsi daha əvvəl Nobel Sülh Mükafatının rəsmi qərar əsasında verildiyini, onun geri qaytarılmasının, bölünməsinin və ya başqa şəxsə ötürülməsinin mümkün olmadığını açıqlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
NETTY 2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər