Azərbaycan Nəşriyyatı fevralın 1-dən istismarını dayandırır - RƏSMİ
"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.
MMC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edib.
Qeyd olunub ki, bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib













