Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blois şəhərində "Səbzi plov" maraqla qarşılanıb
Far.Az xəbər saytı

Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blois şəhərində "Səbzi plov" maraqla qarşılanıb


Fransanın Blois şəhərində fəaliyyət göstərən, sosial inteqrasiya və kulinariya bacarıqlarının inkişafına yönəlmiş "Mirabeau" assosiasiyasının mətbəx atelyesində Azərbaycanın milli xörəyi olan "Səbzi plov" təqdim edilib.

"Far.Az" xəbər verir ki, tədbir çərçivəsində fransız iştirakçılar Azərbaycan mətbəxinin zənginliyi və süfrə mədəniyyəti barədə ətraflı məlumatlandırılıb.

Atelyedə Azərbaycanı təmsil edən Nərminə Məmmədova fransız qonaqlar üçün xüsusi olaraq "Səbzi plov" hazırlayıb. O, bişirilmə prosesinin iştirakçılar tərəfindən böyük maraqla izlənildiyini vurğulayıb:

"Azərbaycan mətbəxini təmsil etmək mənim üçün qürurvericidir. Hazırlanma prosesi boyunca iştirakçılar böyük həvəslə mənə kömək etdilər, hər bir detalı öyrənməyə çalışaraq resepti qeydə aldılar. Süfrə ətrafında isə söhbətimiz yalnız kulinariya ilə məhdudlaşmadı; Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi haqqında geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin oldum ki, fransız qonaqlar üçün Azərbaycan mətbəxinin ən uğurlu seçimlərindən biri məhz 'Səbzi plov'dur".

Sonda qonaqlara milli üsulla dəmlənmiş Azərbaycan çayı və ballı tort təqdim olunub. Tədbir iştirakçıları Azərbaycanın bu ahəngdar dadlarının onlarda zəngin təəssürat yaratdığını bildiriblər.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər