Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir görülmür?
Mingəçeviri Yevlaxın Xaldan qəsəbəsi ilə birləşdirən magistral yolda işıqlandırmanın olmaması sakinlərin narazılığına səbəb olub.
nların sözlərinə görə, artıq 3-4 aydır yol tamamilə qaranlıqdır. Xüsusilə Havarlı, Hacıselli, Bəydili və Gülövşə kəndləri ərazisindən keçən magistral yolun elektrik lampalarının yanmaması ciddi təhlükə yaradır.
"Dəfələrlə bu ərazidə qəzalar baş verib, heyvanlar vurulub. Burada qaranlıq olduğundan göz gözü görmür", - sakinlərdən biri bildirib.
Başqa bir vətəndaş isə qeyd edib: "Qaranlıq olduğu üçün ayağımın altını görə bilmirəm. Yağışlı, palçıqlı günlərdə paltarlarım çirklənir. İşıqlar yansa, vəziyyət xeyli yaxşılaşardı".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun həmin hissəsində işıqlandırma sistemində texniki nasazlıq yaranıb. Hazırda sistemin bərpası istiqamətində texniki işlər davam edir. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlərin qısa müddətdə yekunlaşdırılması və yolun işıqlandırılmasının təmin edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir













