Kamçatkada yağan qarı GERİDƏ QOYDU! Bina hündürlüyündə qar yağdı
Türkiyənin Sivas vilayətində son illərin ən sərt və qarlı qış mövsümü yaşanır. Güclü qar yağışı və çovğun nəticəsində bölgənin kənd ərazilərində qarın qalınlığı 3 metrə çatıb.
Far.Az İHA-ya istinadən xəbər verir ki, Altınyayla rayonuna bağlı Başören kəndində yağan intensiv qar gündəlik həyatı iflic edib. Bina hündürlüyünə çatan qar yığınları görüntüsü ilə Rusiyanın Kamçatka bölgəsini xatırladıb.
Kənd sakinləri tövlələrdə saxladıqları heyvanlara yem vermək üçün qarda tunellər qazmaq məcburiyyətində qalıblar. Kənd sakini Bilal Erdoğan qarın üzərində hərəkət edərək tövləsinin damına çıxdığı anları videoya çəkib.
O bildirib ki, yaşadıqları yer nə Kamçatka, nə də Alyaskadır:
"Bura Altınyaylanın Başören kəndidir. Gördüyünüz kimi qar azalmaq əvəzinə daha da artır. Bundan sonra yalnız qarın əriməsi üçün dua edəcəyik. Güclü külək də başlasa, vəziyyət daha da təhlükəli ola bilər. Buz saçaqları demək olar ki, yerə qədər uzanıb".
Qeyd edək ki, Sivas qışın ən sərt keçdiyi bölgələrdən biri olsa da, bu il müşahidə olunan qar miqdarı son illərin rekord göstəricisi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













