Türkiyənin ən soyuq bölgəsinin adı açıqlandı: 32.7 dərəcə şaxta var
Şərqi Anadolu bölgəsində güclü yağan qar və şaxta öz təsirini göstərməkdə davam edir.
BAKU.WS xəbər verir ki, Hakkari vilayətində havanın temperaturu mənfi 32 dərəcəyədək enərək rekord səviyyəyə yaxınlaşıb.
Bölgənin ən böyük rayonu sayılan Yüksekovada isə şaxtalı hava gündəlik həyatı xeyli çətinləşdirib.
Meteorologiya Baş İdarəsinin gecə saatlarında apardığı müşahidələrə görə, Yüksekovada termometrlər mənfi 32,7 dərəcəni göstərib və bu göstərici ölkə üzrə ən aşağı temperatur kimi qeydə alınıb.
Siyahıda növbəti yerləri -31,3 dərəcə ilə Ərzurumun Tekman rayonu, -30,9 dərəcə ilə Ardahanın Göle rayonu və -30,4 dərəcə ilə Vanın Çaldıran rayonu tutub.
Rəsmi meteoroloji proqnozlara əsasən, Yüksekovada yaxın günlərdə havanın bir qədər mülayimləşəcəyi gözlənilir.
Belə ki, həftəsonu rayon ərazisində parçalı buludlu hava şəraitinin hökm sürəcək.
Qalereya
Oxşar xəbərlər
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Qazax yolunda zəncirvari QƏZA: Üç maşın toqquşdu
-
Ukrayna rəsmisi Davosda ABŞ prezidentinin nümayəndələri ilə görüşüb
-
Azərbaycanda bu il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur
-
Finlandiya Prezidenti: Qrenlandiya ilə bağlı dəhşətli ssenarinin qarşısı alınıb
-
Kamçatkada yağan qarı GERİDƏ QOYDU! Bina hündürlüyündə qar yağdı
-
WEF-də Azərbaycanın dekarbonizasiyaya verdiyi töhfə müzakirə edilib













