Qlobal kapital və siyasi mərkəzlər Azərbaycanla tərəfdaşlığı genişləndirirlər
Davos yenə də qlobal siyasətin və böyük kapitalın kəsişmə nöqtəsinə çevrildi. Amma bizim üçün bu il diqqət çəkən əsas məqamlardan biri Azərbaycan Prezidentinin keçirdiyi intensiv və yüksəksəviyyəli görüş marafonu oldu.
Cəmi bir neçə gün ərzində dövlət başçısı dünyanın aparıcı maliyyə institutlarının, transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi və diqqətçəkən məqam odur ki, bu təmasların əksəriyyəti qarşı tərəfin təşəbbüsü və xahişi ilə baş tutdu. Bu isə bir reallığı göstərir: Azərbaycan artıq təkcə regional oyunçu deyil, qlobal investorların maraq mərkəzində olan etibarlı tərəfdaşdır.
İlk olaraq dünyanın ən böyük investisiya banklarından biri - Braziliyanın "BTG Pactual" şirkətinin rəhbərliyi Prezidentlə görüş istədi. Yarım trilyon dollardan çox aktivi idarə edən bu nəhəngin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığa maraq göstərməsi ölkəmizin maliyyə etibarlılığına verilən açıq siqnaldır.
Daha sonra "JP Morgan", "BlackRock", "Global Infrastructure Partners" və "Brookfield Asset Management" kimi qlobal maliyyə nəhəngləri ilə görüşlər keçirildi. Bu şirkətlər birlikdə trilyonlarla dolları idarə edirlər.
Beləliklə, Davos görüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan maliyyə baxımından sabit, siyasi baxımdan proqnozlaşdırılan, geosiyasi baxımdan isə açar mövqedə olan ölkədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













