Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Far.Az xəbər saytı

Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb


Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.

Far.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gətirilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə cavab verdiyini göstərib.

"Keyfiyyət baxımından pozuntular aşkar edilməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı biz satılan yanacağın mənşə ölkəsini müəyyən etmirik", - Kotolyan qeyd edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər