"Araz-Naxçıvan"ın baş məşqçisi: "Stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi"
Hava şəraiti və stadionun vəziyyəti "İmişli" ilə matçda "Araz-Naxçıvan"ın yaxşı oynamasına imkan verməyib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis Misli Premyer Liqasının XVII turunda 2:2 hesabı ilə başa çatan görüş haqqında fikirlərini bölüşüb:
"Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq. Heyəti quran zaman legioner və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq şansı yaradırıq".
Oxşar xəbərlər
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Andrey Demçenko "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar"
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













