Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub
Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.
"Far.Az" xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Açılış mərasimi zamanı şəhidin döyüş yolu və göstərdiyi şücaətdən danışılıb.
Xatırladaq ki, şəhidin adı küçəyə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə verilib.
Qeyd edək ki, Ə.Şadmanov 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri zamanı xüsusi şücaət göstərib. O, 2023- cü il sentyabrın 24-də Ağdam rayonunda döyüş mövqelərinə baş çəkməyə gedərkən minaya düşərək şəhid olub. O, "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və bir neçə rayonun azad olunması uğrunda medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant 2023-cü il sentyabrın 24-də ikinci fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













