Gideon Saar Azərbaycanın regionda sülhün təşviqindəki rolunu yüksək qiymətləndirib
Far.Az xəbər saytı

Gideon Saar Azərbaycanın regionda sülhün təşviqindəki rolunu yüksək qiymətləndirib


İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.

"Report" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

İsrailin XİN rəhbəri vurğulayıb ki, əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı.

G.Saar, həmçinin qeyd edib ki, ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Xüsusilə vurğulanıb ki, Azərbaycandakı yəhudi icması sabitlik və təhlükəsizlik şəraitində yaşayır.

Nazir əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər