Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilər
Ailə və Sosial Xidmətlər Nazirliyi uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq məqsədilə yeni qanunvericilik təşəbbüsünü yekunlaşdırıb. Təklif olunan dəyişikliklərə əsasən, valideyn icazəsi olsa belə, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması qadağan ediləcək.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin AK Partiya Qrupunda təqdim etdiyi məlumata görə, bunun üçün "İnternet mühitində yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında" qanuna dəyişiklik edilməsi planlaşdırılır. Sosial şəbəkə təminatçıları üçün effektiv yaş doğrulama sistemlərinin tətbiqi məcburi olacaq, bu sistemlərin qaydaları isə ayrıca normativ aktlarla müəyyən ediləcək.
Onlayn oyunlarla bağlı yaş qadağası nəzərdə tutulmur, lakin oyunların yaşa uyğun dərəcələndirilməsi və uşaqların yalnız öz yaşlarına uyğun oyunlara çıxışının təmin edilməsi planlaşdırılır. Eyni zamanda, valideyn nəzarət alətlərinin platformalar üçün öhdəlik kimi tətbiqi, zərərli məzmunla bağlı şikayət mexanizmlərinin genişləndirilməsi və aldatıcı reklamların qarşısının alınması da təkliflər sırasındadır.
Təqdimatda beynəlxalq təcrübəyə də toxunulub. Qeyd edilib ki, Avstraliya 16 yaşadək uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən ilk ölkədir və bu sahədə platformalara ciddi məsuliyyət yüklənir. Oxşar yanaşmalar Böyük Britaniya və ABŞ-da da müzakirə olunur.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madaqaskarda güclü tropik "Fitiya" siklonu tüğyan edir
-
Qərbi Azərbaycan Xronikası: Döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi olub
-
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
-
Balakəndə kişi mesaja görə bacanağını və arvadını bıçaqladı, amnistiyaya düşdü
-
ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər
-
Rumıniya Prezidenti 2025-ci ildə təxminən 10 min avro dəyərində hədiyyələr alıb













