BANM rektoru: "Tələbələrin rəqəmsal ixtisaslara marağı ali təhsil üçün çağırışdır"
Azərbaycanda tələbələrin rəqəmsal ixtisaslara, xüsusilə də kibertəhlükəsizlik sahəsinə artan marağı ali təhsil müəssisələri üçün ciddi çağırış yaradır.
"Far.Az" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov universitetdə "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılışında bildirib.
Onun sözlərinə görə, hazırda ən yüksək bal toplayan abituriyentlər bir çox hallarda məhz kibertəhlükəsizlik ixtisasını seçirlər:
"Bu gün açılan laboratoriya tələbələr üçün unikal imkanlar yaradacaq. O, həm praktik, həm də təlim-tədris laboratoriyası kimi fəaliyyət göstərəcək və ən sürətli internetlə təmin olunacaq. Laboratoriyanın unikallığı ondan ibarətdir ki, o, bir növ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir şöbəsi kimi fəaliyyət göstərəcək. Bu, dövlət-istehsalat-universitet əməkdaşlığının bariz nümunəsidir. İstehsalat artıq kənarda deyil, ali təhsil müəssisəsinin daxilindədir. Bu isə çox mühüm fərqlilikdir".
Rektor qeyd edib ki, Azərbaycanda rəqəmsal sahədə həm iri investisiya layihələri həyata keçirilir, həm də dövlət qurumları bu prosesdə yüksək maraq göstərir:
"Belə mərkəzlərin yaradılması ilə yanaşı, orada çalışacaq ixtisaslı kadrlara da ehtiyac var və bu mütəxəssislər məhz BANM-də hazırlanır. Bu gün açılan laboratoriya kibertəhlükəsizlik ixtisasının formalaşması və inkişafı baxımından əlamətdar hadisədir. Tələbələrimiz bu laboratoriyaların verdiyi imkanlar sayəsində daha da irəli gedəcəklər".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













