Ekspert: "Latın Amerikasında və Karib hövzəsində iqlim fəlakətləri iqtisadiyyata zərbə vurur"
Latın Amerikasında və Karib hövzəsində iqlim fəlakətləri iqtisadiyyata və infrastruktura ağır zərbə vurur.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Kosta Rika Mühəndis və Memarlar Federasiyasının (Colegio Federado de Ingenieros y de Arquitectos de Costa Rica - CFIA) əməkdaşı Laura Parras Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Latın Amerikası və Karib hövzəsində baş verən hər bir güclü iqlim hadisəsi təkcə infrastruktura deyil, eyni zamanda sosial-iqtisadi həyata da ciddi təsir göstərir: "Bu hadisələr məşğulluğa, istehsalat fəaliyyətinə, yerli ticarətə və bölgələrdə yeni investisiya mühitinin formalaşması üçün vacib olan etimada böyük zərbə vurur. Nəticədə isə infrastrukturların yenidən qurulması və bərpası zərurəti yaranır. Hər hansı şəhər və ya icma belə hallara hazırlıqlı olmadıqda, bunun nəticələri çox ağır olur. Burada söhbət yalnız yenidənqurma xərclərindən getmir, eyni zamanda böyük mülkiyyət itkiləri və əsas xidmətlərin dayanması da ciddi problemlər yaradır. Məsələn, bəzi icmalar su və elektrik təminatından məhrum olur ki, bu da ailələrin gündəlik həyatına və yerli iqtisadiyyata birbaşa mənfi təsir göstərir.
Bundan əlavə, magistral yolların torpaq sürüşməsi nəticəsində zədələnməsi xammalın və digər vacib resursların daşınmasını çətinləşdirir. Bu isə yerli iqtisadi fəaliyyətin zəifləməsinə və təchizat zəncirində ciddi problemlərin yaranmasına səbəb olur".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb













