Saxlanılan sabiq vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib
Far.Az xəbər saytı

Saxlanılan sabiq vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib


Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılan keçmiş vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Paşayevin noyabrın 15-dək həbsi barədə qərar çıxaran Moskva Qarnizonu Hərbi Məhkəməsindən bildirilib.

“Paşayevin apellyasiya şikayəti məhkəmədə qeydə alınıb”, - agentliyin həmsöhbəti qeyd edib.

Xatırladaq ki, Paşayev hərbi müstəntiqlər tərəfindən saxlanılıb və dələduzluqda ittiham olunur. İddiaya görə, o, bu pul qarşılığında Aleksey Blinovskiyə ailəsini vergidən yayınma halında cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

Sentyabrın 18-də keçirilmiş qapalı iclasdan sonra hərbi məhkəmə Paşayevi iki ay müddətinə istintaq təcridxanasına göndərib. Günahı sübuta yetirilərsə, keçmiş vəkili 10 ilə qədər həbs cəzası gözləyir.

Oxşar xəbərlər

Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Vətən müharibəsi çağırışçılarının əmək haqqını sabiq idarə rəisi “yeyib”? - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MN-dəki 143 milyonluq cinayət işi: General Namiq Poladova 4 milyon 600 min manat çatıb
“Ramiz Tahirov polkovnikə mənfi xasiyyətnamə verib deyə veteran adı ala bilmir” - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər