Azərbaycan Omana armud ixrac etməyə başlayıb
Far.Az xəbər saytı

Azərbaycan Omana armud ixrac etməyə başlayıb


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində 7 min 612 ton armud ixrac edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,5 % çox, kəmiyyət olaraq - 5 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 4,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çox) 7 min 212 ton (-5 %), Qazaxıstana 112 min ABŞ dolları dəyərində (-12 %) 225 ton (-15 %), Qətərə 26 min ABŞ dolları dəyərində (-4 %) 16,7 ton (-24 %), Belarusa 20,6 min ABŞ dolları dəyərində 26 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 23,2 min ABŞ dolları dəyərində (-77 %) 45,5 ton (-59 %) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omana tədarük (2,8 min ABŞ dolları dəyərində 1,6 ton) həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər