Nigeriyada ağır yol qəzası: 30 nəfər həlak oldu
Far.Az xəbər saytı

Nigeriyada ağır yol qəzası: 30 nəfər həlak oldu


Nigeriyanın Kano ştatında baş verən ağır yol qəzası nəticəsində 30 nəfər həyatını itirib. Hadisə ştatın Kvanar Barde bölgəsində qeydə alınıb.

Far.Az Kano ştat administrasiyasının məlumatına istinadən xəbər verir ki, sərnişin daşıyan yük avtomobili sürücünün diqqətsizliyi ucbatından qəzaya düşüb. Qəza nəticəsində çox sayda insan da müxtəlif dərəcəli xəsarətlər alıb.

Kano ştatının qubernatoru Abba Yusuf hadisəni "ürəkdağlayan" adlandıraraq, bunu ştat üçün böyük itki kimi qiymətləndirib və həlak olanların ailələrinə başsağlığı verib.

Qubernator ağır tonnajlı avtomobil sürücülərinə müraciət edərək, daha diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər