TÜBİSAD rəsmisi:  "Rəqəmsal texnologiyaların dəyər yaratmadığı sahə yoxdur"
Far.Az xəbər saytı

TÜBİSAD rəsmisi: "Rəqəmsal texnologiyaların dəyər yaratmadığı sahə yoxdur"


Bu gün rəqəmsal texnologiyaların aidiyyətinin olmadığı və üfüqi şəkildə dəyər yaratmadığı heç bir sahə yoxdur.

"Far.Az" xəbər verir ki, bunu Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin üzvü Hüseyn Karslıoğlu Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.

"Beləliklə, biz hansısa sektoru deyil, ümumilikdə iqtisadiyyatı müzakirə edirik. Söhbət hətta bir iqtisadiyyatdan deyil, iki iqtisadiyyatdan - Türkiyə və Azərbaycan iqtisadiyyatlarından gedir. Əslində məsələyə Türkiyə və Qafqaz kontekstində yanaşmalıyıq. Texnologiyanı bütün sektorları üfüqi şəkildə birləşdirən əsas amil kimi qəbul etməliyik ki, onun iqtisadi təsiri daha aydın görünsün. "Körpü" anlayışı çox dəyərlidir, lakin bildiyiniz kimi, hər körpünün ən azı iki dayağı olur. Bizim qurmağa çalışdığımız körpü isə çox dayaqlı və genişmiqyaslıdır. Bu məsələyə belə yanaşırıq və hər kəsin bu cür baxışı ortaq dəyərlərimizi artıracaq. Bakı bizim üçün mərkəzdir, Azərbaycanla yanaşı, bütövlükdə Qafqaz, eləcə də Özbəkistan və Qazaxıstan deməkdir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər