Kallas: Ukraynanın maliyyələşdirilməsi məsələsi hələ də problem olaraq qalır
Avropa Parlamenti çeviklik göstərib və Ukrayna üçün kredit planını tez bir zamanda təsdiqləyib, lakin onun maliyyələşdirilməsi məsələsi hələ də problem olaraq qalır.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
Onun sözlərinə görə, NATO-nun zəruri silahların alınması ilə bağlı mövqeyində heç bir ziddiyyət yoxdur, lakin vəsaitlərin xərclənməsində çeviklik lazımdır.
"Buna görə də, biz bir növ kaskad metodu (kreditlərin verilməsi şərtlərinə) tətbiq etmişik. Əgər Avropa və ya Ukrayna şirkətləri Kiyevin ehtiyac duyduğu şeyi təmin edə və ya dərhal istehsal edə bilməsələr, pul ölkə xaricinə axacaq. Bu, həmçinin Avropa müdafiə sənayesi daxilində rəqabəti stimullaşdıracaq ki, o, daha sürətli inkişaf edə bilsin, çünki əks halda sadəcə pul itirəcək", - deyə o qeyd edib.
Kallas qeyd edib ki, kreditdən əlavə, özəl kapitala da ehtiyac var və bunun üçün Avropa İnvestisiya Bankı iki variant təklif edir: "Birincisi, Ukraynada istehsal üçün müəyyən vəsait ayırmaq. İkincisi, ikili təyinatlı malların tərifini Avropa standartlarına uyğunlaşdırmaq - hazırda bu tərif Ukrayna üçün əlçatan deyil".
Kallas həmçinin Ukraynada mümkün seçkilərlə bağlı mövqeyini bildirib. O, əksər Avropa ölkələrinin konstitusiyalarında müharibə dövründə seçkiləri qadağan edən müddəanın mövcudluğunu və bunun rasional bir qərar olduğunu vurğulayıb:
"Buna görə də müharibə zamanı seçkilərin keçirilməsinin ən yaxşı həll yolu olmadığına inanıram. Sülhün gələcəyinə ümid ola bilər, amma eyni zamanda Rusiya tərəfinin sülhə nail olmaq üçün hər hansı bir real səy göstərəcəyini görmürəm", - deyə o bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













