Stefan Andonovski: "Rəqəmsal əməkdaşlıq Şimali Makedoniya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirə bilər"
Far.Az xəbər saytı

Stefan Andonovski: "Rəqəmsal əməkdaşlıq Şimali Makedoniya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirə bilər"


Şimali Makedoniya və Azərbaycan arasında rəqəmsal əməkdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə təkan verə bilər.

Bunu "Report"a müsahibəsində Şimali Makedoniya Respublikasının rəqəmsal transformasiya naziri Stefan Andonovski deyib.

Onun sözlərinə görə, Balkan ölkələri və Qafqaz arasında "rəqəmsal dəhliz" konsepsiyası konkret tətbiq ssenarilərinə əsaslandığı təqdirdə real görünür.

"Söhbət ticarət prosedurlarının sadələşdirilməsi, logistikanın rəqəmsallaşdırılması, kiçik və orta biznesə dəstək verilməsi, eləcə də təhlükəsiz B2G xidmətlərinin inkişafından gedə bilər", – S.Andonovski qeyd edib.

Nazir vurğulayıb ki, məhz təcrübə yönümlü təşəbbüslər strateji layihələri real iqtisadi məzmunla zənginləşdirməyə qadirdir.

Onun sözlərinə görə, dövlət sektorunun ehtiyaclarının akademik və tədqiqat imkanları ilə kəsişdiyi sahələr əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.

"Söhbət universitetlər və texnoparklar vasitəsilə birgə tədqiqat təşəbbüslərindən, ilk növbədə, dövlət xidmətlərinin modernləşdirilməsi – məlumatların məxfiliyini qoruyan texnologiyaların tətbiqi, təhlükəsiz rəqəmsal identifikasiya modellərinin işlənib hazırlanması və xidmətlərin avtomatlaşdırılması ilə bağlı layihələrdən gedə bilər", - S.Andonovski bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər