2 - 5 yaş arası övladı olan valideynlərin NƏZƏRİNƏ
"2–5 yaş dövrü uşağın həm fiziki, həm psixi, həm də nevroloji inkişafının ən intensiv mərhələsi hesab olunur.
Bu yaş aralığında beyin strukturları sürətlə formalaşır, sinaptik əlaqələr artır, nitq, davranış və emosional özünüifadə mexanizmləri aktiv inkişaf edir".
Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu dövrdəki aqressiya və emosional dalğalanmalar sadəcə "şıltaqlıq" deyil, beyin qabığının inkişafı ilə bağlı olan ciddi bir keçid prosesidir:
"Uşaq inkişafında 2 yaşdan 5 yaşa qədər olan dövrü "neyrobioloji fırtına" adlandırmaq olar. Bu yaşlarda uşaqların beynində neyronlararası əlaqələr o qədər sürətlə qurulur ki, uşağın emosional tənzimləmə mexanizmi bu sürətə yetişə bilmir. Nəticədə qarşımıza aqressiya, qəfil ağlama krizləri və idarəolunmaz emosiyalar çıxır", - deyə Vüsalə Nuriyeva bildirib.
Nevroloji baxımdan bunun bir neçə əsas səbəbi var
Həkim deyir ki, inkişaf sıçrayışı dövrundə uşaqda qısa müddətdə nitqində motor bacarıqlarında sosial münasibətlərində idrak fəaliiyətində kəskin irəliləyiş baş verir.
"Bu proses zamanı beyin yüksək aktivlik vəziyyətində olur və uşaqda tez yorulma, həssaslıq, səbəbsiz ağlama aqressiv reaksiyaıar meydana çıxır".
Həkim deyir ki, valideynləri ən çox qorxudan məqam budur:
"Həmişə valideynlər düşünürlər ki, "Uşağım böyüyəndə də aqressiv olacaq?". Bir nevroloq kimi deyə bilərəm ki, əksər hallarda bu, sadəcə inkişaf böhranıdır.
Lakin bəzi məqamlara diqqət yetirmək vacibdir: Yuxu pozuntuları: Beyin dincəlmədikdə emosional stabil olmaq qeyri-mümkündür.
Sensor həssaslıq: Bəzi uşaqlar səsə, işığa və ya toxunuşa qarşı həssas olurlar. Bu yüklənmə partlayış şəklində aqressiya ilə özünü büruzə verir.
Nevroloji müayinələrdə biz uşağın nitq inkişafına da xüsusi diqqət yetiririk".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında Yeni il tədbiri keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













