Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib
Far.Az xəbər saytı

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib


Şimali Makedoniya elektron hökumətin inkişafını və dövlət xidmətlərinin rəqəmsal dizaynını Azərbaycanla rəqəmsal transformasiya sahəsində əməkdaşlığın əsas istiqamətləri kimi nəzərdən keçirir.

Bunu "Far.Az"a müsahibəsində Şimali Makedoniyanın rəqəmsal transformasiya naziri Stefan Andonovski bildirib.

Onun sözlərinə görə, vətəndaş və biznesyönümlü xidmətlərin, "bir pəncərə" prinsipinin tətbiqi, elektron xidmətlərin standartlaşdırılması, eləcə də rəqəmsal həllərin həyat dövrünün idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması xüsusi maraq doğurur.

Rəqəmsal transformasiyanın institusional arxitekturası - qurumlararası koordinasiya, rəqəmsal islahatların səmərəliliyinin qiymətləndirilməsi də prioritetlər sırasındadır.

"Kibertəhlükəsizlik ayrıca prioritet istiqamətdir. Bu sahədə əməkdaşlıq kiberhadisələrə reaksiyanın koordinasiyası, milli erkən xəbərdarlıq mexanizmlərinin inkişafı, dövlət informasiya sistemlərinin dayanıqlılığının artırılması, eləcə də institusional kibergigiyena mədəniyyətinin formalaşdırılması və kadr potensialının artırılması üzrə təcrübə mübadiləsini ehtiva edə bilər. Rəqəmsal infrastrukturun və innovativ texnologiyaların inkişafı, o cümlədən rəqəmsal identifikasiya, məlumatların qorunması, bulud həllərindən istifadə və dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı yanaşmaların mübadiləsi də perspektivli istiqamətdir", - nazir qeyd edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər