"Azerconnect Group" "mygov" platformasına qoşulub
Far.Az xəbər saytı

"Azerconnect Group" "mygov" platformasına qoşulub


"Azerconnect Group" vətəndaşlara göstərilən xidmətlərin daha rahat, çevik və əlçatan formada təşkili məqsədilə rəqəmsal həllər tətbiq etməyə davam edir. Bu yanaşma çərçivəsində "Azerconnect Group" "mygov" rəqəmsal hökumət platformasına qoşulan ilk özəl telekommunikasiya şirkəti olub.

Yenilik sayəsində artıq vətəndaşlar "mygov" platforması üzərindən "Azerconnect Group"a rəqəmsal formada rəsmi müraciət göndərə, eləcə də şirkət tərəfindən ünvanlanan rəsmi məktubları elektron mühitdə qəbul edə bilərlər. Platforma yazışma proseslərinin operativliyini artırmaqla yanaşı, müraciətlərin icra statusunu real vaxt rejimində izləməyə imkan verir. Bu isə öz növbəsində kağız daşıyıcılardan istifadənin azalmasına, həmçinin vaxt və resurs itkilərinin minimuma endirilməsinə töhfə verəcək.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan "mygov" Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Qurumlarla vətəndaş arasında körpü rolunu oynayan platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Azerconnect Group" regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər