Xavyer Torner: UNECE Ukraynanın şəhərləri üçün master-planların hazırlanması üzərində işləyir
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) Ukraynada şəhərlərin bərpası layihələrinə dəstəyini genişləndirir, o cümlədən mənzil strategiyası üzərində iş və əsas bələdiyyələr üçün baş planların hazırlanmasını əhatə edir.
"Far.Az" xəbər verir ki, bunu UNECE-nin regional müşaviri Xavyer Torner Bakıda keçirilən WUF13 çərçivəsində "Şərqi Avropa və Mərkəzi Asiya Regional Qrupu" mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, təşkilat UN-Habitat ofisi ilə fəal əməkdaşlıq edir və bu qarşılıqlı əlaqəni yeni mərhələyə çıxarmaq, səyləri sonrakı işin prioritetlərinin müəyyənləşdirilməsinə yönəltmək niyyətindədir.
Torner qeyd edib ki, UNECE üçün əsas istiqamət şəhərlərin bərpası və yenidən qurulması, o cümlədən məkan planlaması məsələləri olaraq qalır.
"Biz dövlət mənzil strategiyasını dəstəkləyirdik, mənzil siyasətinin hazırlanması üçün məlumat və analitik baza təqdim edirdik. Həmçinin Xarkov və Nikolayev bələdiyyələri ilə master-planların hazırlanması üzərində işləyirdik", - o bildirib.
Onun sözlərinə görə, növbəti mərhələ bu planların ayrı-ayrı rayonlar səviyyəsində həyata keçirilməsi olacaq ki, bu da şəhər mühitinin bərpasına, iş yerlərinin yaradılmasına və zərər çəkmiş şəhərlərə iqtisadi fəallığın qayıtmasına kömək etməlidir.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
-
Azərbaycan və Gürcüstan Birgə Kommünike imzalayıb













