Vanq Huiyao: Biz həmişə Azərbaycanın "yumşaq gücü"nə heyran olmuşuq
Çinin İpək Yolunu asanlaşdıran "Bir Kəmər, Bir Yol" Təşəbbüsü var və biz onu canlandıracağıq.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş Dövlət müşaviri Vanq Huiyao Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.
O bildirib ki, Çin yeni bir dəhlizin, yeni əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Vanq Huiyao Çindən Avropaya daşınmaların həcminin artdığını deyib. "Düşünürəm ki, bütün bu fərqli dəhlizlər birlikdə işləməlidir. Çinin "Bir Kəmər, Bir Yol" layihəsi artıq 12 ildir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu cür yanaşma, infrastruktur, insanlar arasında mübadilə rifahı, sabitliyi qorumaq və sülh yaratmaq üçün həqiqətən vacibdir. Çinin bütün bu böyük işləri görməsi, düşünürəm ki, çox faydalıdır. Azərbaycan əla bir ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın "yumşaq gücü"nə heyran olmuşuq",- deyə o bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













