Azərbaycan-Serbiya sənədləri mübadilə olunub - YENİLƏNİB-2
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın informasiya və telekommunikasiya naziri Boris Bratina mübadilə etdilər.
"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç mübadilə etdilər.
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbbiyanın idman naziri Zoran Qayiç mübadilə etdilər.
"Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru xanım Saniyya Radojeviç mübadilə etdilər.
Azərbaycan və Serbiya arasında imzalanmış sənədlərin mübadiləsi həyata keçirilib.
Bu barədə "Far.Az"un Balkan bürosu xəbər verir.
Azərbaycan və Serbiya arasında imzalanmış sənədlərin mübadiləsi həyata keçirilir.
Bu barədə "Far.Az"un Balkan bürosu xəbər verir.
Oxşar xəbərlər
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













