Tovuzda narkokuryer saxlanılıb
Far.Az xəbər saytı

Tovuzda narkokuryer saxlanılıb


Narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Tovuz sakini saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Sahib Allahverdiyevdən iki kq-dan çox çəkidə marixuana və heroin aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, S.Allahverdiyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bundan başqa, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.

Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində yüzə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Şəmkirdə narkokuryer saxlanılıb
İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər