"YAŞAT" Fondu Naxçıvanda şəhid övladları üçün "Qış düşərgəsi" təşkil edib
Naxçıvanda "YAŞAT" Fondu tərəfindən şəhid övladları üçün "Qış düşərgəsi" təşkil edilib.
"Report"un yerli bürosu xəbər verir ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə baş tutub.
36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün mövsümə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.
Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər, AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmə baxıblar.
İştirakçılar həmçinin "Ağbulaq" İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













